BREXIT xəbəri dünya maliyyə bazarlarında şok yaşatdığı üçün qızıla olan tələb artmış və nəticədə, qızılın bir unsiya qiyməti təkcə cümə günü 9% bahalaşıb.
İnvestAz İnvestisiya şirkətinin yaydığı məlumata görə, hazırda, dünya əmtəə birjalarında 1322$-dan qismən baha təklif edilən qızılın bir unsiya qiyməti daha da bahalaşa bilər. Böhran dövrlərində ehtiyat yatırım aləti sayılan, qızılın qiyməti cümə günü 1357$-a kimi bahalaşdıqdan sonra 1306$-a kimi qismən ucuzlaşıb.
Sonuncu ucuzlaşmanı korrektiv dalğa kimi qiymətləndirən analitiklərin fikrincə, bir unsiya üzrə qiymət qısa müddət ərzində 1375$ və 1390$-a kimi dəyər qazana bilər.