Böyük Britaniya Avropa İttifaqından çıxmaq üçün səs verdikdən sonra dünya liderləri, siyasətçilər və təhlilçilərin şərhləri gəlməkdədir.
Avropa Parlamentinin prezidenti Martin Schulz:
“Biz nəticəyə hörmət edirik. Britaniyanın öz yolu ilə gedəcəyi aydındır.”
“İndi ciddi və məsuliyyətli hərəkət etmək vaxtıdır. David Cameronun ölkəsi qarşısında öhdəlikləri var, bizim də Aİ-nin gələcəyi qarşısında. Görürsünüz ki, bazarlarda sterlinqin başına nə gəlir? Mən avro ilə eyni şeyin baş verməsini istəmirəm.”
Avropa İttifaqının Şurasının prezidenti Donald Tusk:
“Əsəbi reaksiyaların vaxtı deyil. Bu gün 27 liderin adından demək istəyirəm ki, biz birliyimizi 27 olaraq saxlamaq istəyirik. Britaniya rəsmi olaraq Aİ-ni tərk edənədək Britaniyada Aİ qanunları tətbiq ediləcək və mən demək istəyirəm ki, bura vəzifələr də aiddir.”
Cənab Tusk əlavə edib ki, Aİ-dən çıxmaq prosedurları razılaşmalara əsasən planlanıb.
“Detalları danışmaq üçün gələn həftə Avropa Şurasına daxil olan 27 ölkə ilə qeyri-rəsmi görüş çağırmışam. Həmçinin təklif etmişəm ki, birliyimizin gələcəyi barədə ciddi düşünməyə başlayaq”.
“Son illər birliyimizin tarixində ən çətin illər olub, amma atam həmişə mənə deyirdi: Nəsə səni öldürmürsə, səni güclü edir.”
Niderland Azadlıq partiyası lideri Geert Wilders:
“Urra britaniyalılar üçün! İndi isə növbə bizimdir. Niderlandda referendumun vaxtı gəlib!”