Britaniya Avropa İttifaqından çıxmağa səs verəndən sonra bu ölkənin valyutası funt sterlinqin dəyəri dramatik şəkildə aşağı düşüb.
Funtun qiyməti 1.3 dollara bərabər olub – bu, 10 faiz enişdir və 1985-ci ildən bəri ilk ən aşağı dəyərdir.
İngiltərə bankı deyib ki, hadisələri yaxından izləyir və maliyyə sabitliyini qorumaq üçün “bütün lazımi addımları” atacaq.
Neftin qiyməti, referendumun nəticələri açıqlanan kimi sürətlə aşağı düşüb.
Brent xam neftinin qiyməti 5.2 faiz – 2.68 dollar düşərək bir barel üçün 48.24 dollara bərabər olub – bu, fevral ayından bəri ən böyük enişdir.
ABŞ xam neftinin qiyməti isə 47.52 dollara düşüb – bu, 5.4 faiz eniş deməkdir.
Avroya nisbətdə funt sterliq 7 faiz aşağı düşüb və €1.2085-ə bərabər olub.