Xəzər Universiteti Şərqi Avropa və Mərkəzi Asiyanın ilk 100 universiteti arasında
2016-ci il iyunun 14-də QS təşkilatı tərəfindən 2016-cı il üçün inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin ən yaxşı universitetlərinin illik reytinqi müəyyənləşdirib. Bu barədə Xəzər Universitetindən məlumat verilib.
Reytinq siyahısına Avropa və Mərkəzi Asiyadan inkişaf etməkdə olan aşağıdakı 21 ölkənin ən yaxşı 200 ali təhsil müəssisəsinin adı daxil edilib: Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Ukrayna.
Keçən illə müqayisədə reytinqdə bu il Azərbaycandan 6 ali təhsil müəssisəsi iştirak edib. Həmin ali məktəblərin adı ən yaxşı 200 universitet sırasına daxil edilmişdir. Reytinq siyahısına görə, Xəzər Universiteti reytinqdə iştirak edən Azərbaycanın digər ali təhsil müəssisələri arasındaən yaxşısı seçilərək 68-ci yeri tutub. Reytinqə qatılan digər Azərbaycan universitetlərindən –Bakı Dövlət Universiteti 88-ci, Qafqaz Universiteti 89-cu yerdə, Azərbaycan Dillər Universiteti 121-130-cu, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti və ADA Universiteti isə 150-200-cü yerlər arasında qərarlaşıb.
Ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar: