ABŞ Mərkəzi Bankı Fed-in Sankt-Luis şöbəsinin sədri James Bullard, qlobal bazarların Fedin yay aylarında faiz artırmasına hazır göründüyünü deyib.
O, dəqiq bir tarix bildirməyib.
Bullard, “Mən hiss etdirəm ki, qlobal bazarların ehtimal bir faiz artırmasına hazırdır. Komitənin faizləri yavaşca və mərhələli olaraq artırması çox təəccüblü olmayacaq” deyib.
Bullard, “Dolayısı ilə mənim düşüncəmə görə, əgər hər şey yolunda gedərsə bu problemsiz bir şəkildə həll olunar” ifadələrini istifadə edib.
Bullard ABŞ-da iqtisadi artımın ikinci rübdə toparlanacağını deyib. Fedin İyun və ya İyul aylarında faiz artırıb artmamasına dair fikrini isə bildirməyib.
Seçilməsi vəziyyətində Donald Trump-ın pul siyasətinə dəyişiklik gətirib gətirməyəcəyi soruşulan Bullard, Fed-in müstəqil olduğunu və hər hansı bir siyasi resepti təqib etmədiyini deyib.
Bullard, “Ağ Evdə bir dəyişikliyin Fed siyasətinə təsir edəcəyini düşünmürəm. Mənim ümidim hər iki seçki kampaniyasının da Fedi siyasiləşdirməklə məşğul olmadığı istiqamətindədir” deyib.