Mayın 29-da Bakının “Kitabevim” kitab dükanında şair-publisist, “Azadlıq” qəzetinin köşə yazarı Elnur Asın “Qadın, qələm, qədəh” kitabının imza günü keçirilib. Tədbirə Azərbaycan ictimaiyyətinin tanınmış simaları və yazarın oxucuları qatılıblar.
Qeyd edək ki, bu, Elnur Asın sayca üçüncü kitabıdır. Bundan əvvəl onun “Almadan küsən” (2012) və “Oktyabra məktublar” (2014) adlı iki şeirlər kitabı nəşr olunub.
Yazarın yeni kitabı isə Azərbaycan tarixinin ən maraqlı çağlarından olan 1900-cü illər haqda tarixi etüdlər silsiləsi ilə fərqli zamanlarda həyat və ədəbiyyat üzərinə şəxsi qeydləri əsasında yazılmış maraqlı fikir və faktlara söykənən “3 “Q”” (qələm, qadın, qədəh) publisistik düşüncələr silsiləsindən ibarətdir.
“Qələm, qadın, qədəh” kitabını “Kitabevim” mağazasından əldə etmək olar. Ünvan: Nəsimi rayonu, Puşkin küç. 26a, AK Center II mərtəbə (28 May metrostansiyasının yanı).
Kitabın qiyməti 4 AZN-dir.