Rusiyanın idman naziri Vitali Mutko bildirib ki, rusiyalı idmançıların Braziliyada keçiriləcək Olimpiadadan kənarda qalması mümkündür. Onun sğzlərinə görə, belə variant istisna edilmir.
“Əgər BOK sədri tərəfindən belə açıqlamalar varsa, deməli bu mümkündür”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, mayın 18-də Beynəlxalq Olimpia Komitəsinin prezidenti Tomas Bax Rusiyanın Rioda keçiriləcək Yay Olimpia Oyunlarından çıxarılacağını istisna etməyib. O bildirib ki, mütəşəkkil dopinq sisteminin mövcudıuğu ilə bağlı sübutlar tapılsa, beynəlxalq federasiyalar və BOK çətin qərar qəbul etməli olacaq.
azadlıq.info