Rusiyalılar ölkənin hazırkı kursunu və özlərinin sosial-iqtisadi durumlarını getdikcə daha pessimist qiymətləndirir. RİFÖM-in (Rusiyada İctimai Fikrin Öyrənilməsi Mərkəzi) keçirdiyi sorğu bu nəticəyə gəlməyə əsas verib.
Mayda respondentlərin yalnız 37% ölkənin düzgün istiqamətdə getdiyini bildirib. İlin əvvəlindən bu ən aşağı göstəricidir. Ötən ilin may ayında respondentlərin 49%-i buna əmin idi.
Yürüdülən kursdan narazılıq edənlərin sayı 21%-ə çatıb. 2015-ci ildə bu göstərici 12%, 2014-cü ildə isə 9% idi.
Respondentlərin 33%-i ölkənin hazırkı iqtisadi durumunu mənfi qiymətləndirib. Bu ilin əvvəlində belə fikirdə olanlar 44%, ötən ilin mayında isə 21% idi.
Sorğuda iştirak edənlərin yarıdan bir qədər çoxu rusiyanın hazırkı iqtisadi durumunu orta, 11%-i isə yaxşı adlandırıb.
Rusiyalıların dörddə biri həyatlarından narazı olduqlarını, təxminən bir o qədərdi də razı olduqlarını deyiblər.
Rusialıların əksəriyyəti müsbət dəyişikliyə inanmır. 41%-i bir il sonra da indiki kimi yaşayacağını deyir. 17% dəyişikliklərin pisliyə doğru gedəcəyini bildirib.
Son ayların sorğuları göstərir ki, rusiyalıları siyasi durumdan çox iqtisadi durum narahat edir. Sorğu həmçinin göstərib ki, bu yay əksər rusiyalılar tətili ya evdə ya bağ evlərində keçirəcək. Çünki tətilə getməyə pulları yoxdur.
azadlıq.info