İki gün öncə Rusiyada həbsxanadan buraxılan ukraynalı hərbçi Nadejda Savçenko deyir ki, lazım gələrsə, ölkə prezidenti olmağa hazırdır.
“Mən, sadəcə, hələ tam əmin deyiləm ki, bizdə adamlar qarabaşağa səs verməməyi öyrəniblər”.
O, jurnalistlərdən xahiş edib ki, siyasilərlə əl verməsini onlarla dostlaşması kimi qəbul eləməsinlər.
Azadlığa çıxdığı gün Savçenko Ukrayna prezidenti Petr Poroşenko-nun əlini sıxıb.
Məlumatlara görə, Savçenko Radanın milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü olacaq.
Pilot Rusiyada 22 illik cəzaya məhkum edilmişdi. O, mayın 27-də Rusiya Prezidenti Vladimir Putinin sərəncamıyla əfv olunub.