Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən şair Saday Şəkərlinin səhhətində ciddi problem yaranıb.
Bu barədə virtualaz.org saytına S.Şəkərlinin vəkili Bəhruz Bayramov bildirib.
Vəkil qeyd edib ki, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan S.Şəkərlinin səhhəti pisləşib: “Ürəyində problemlər var, şəkər xəstəliyindən əziyyət çəkir. Hətta bir neçə dəfə vəziyyəti ağırlaşdığına görə tibb məntəqəsinə köçürülüb”.
Vəkil müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər yarandığını, S.Şəkərlinin ailə üzvləri və vəkilləri onun müalicə müəssisəsinə köçürülməsi barədə müraciət etdiklərini bildirib.