Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 4,6 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,5% azdır. Son 1 ildə sərnişin daşınması isə 21,3% azalaraq 581,7 minə düşüb.
Rəsmi statistikaya görə, hesabat dövründə orta hesabla sutkada 414 vaqon yüklənib, 389 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 4,4 min ton, Cənub istiqaməti üzrə isə 1,5 min ton yük göndərilib.
(fins.az)