Beynəlxalq kredit reytinqi agentliyi Fitch Reyting, ABŞ-da 2016-cı ildə iqtisadi artımın 1.8 faiz olaraq gördüyünü açıqlayıb.
“Marja” xəbər verir ki, Çin üçün isə, rəsmilərin səylərinin artması və təşviq siyasəti ilə bağlı olaraq iqtisadi inkişaf gözləntilərini 2016-cı il üçün 6,2% müəyyən edib, 2017-ci il üçün 6%-dən 6.3%-ə qaldırıb.
Fitch-in baş iqtisadçısı Brayan Coulton, “İnkişaf edən bazarlara yönəlmiş təhdidlər, Çindəki iddialı təşviq siyasəti və əmtəə qiymətlərinin sabitləməsilə bağlı olaraq azalıb”- deyib.
Fitch açıqladığı hesabatda, “Qlobal miqyasda enerji sektorundakı investisiya xərclərindəki azalma, Çində investisiyaların yavaşlaması , Rusiya və Braziliyadakı daxili tələbatın kəskin azalması son iki ildə aşağı neft qiymətlərinin qlobal inkişafa müsbət təsirini neytrallaşdırdı. Bu baxımdan, gözləntilərdən daha pis ABŞ-ın birinci rüb iqtisadi artımı, ixracın iki rüb ardıcıl tənəzzülü, neftə bağlı sərmayənin üçdə bir nisbətində düşməsi və sənaye istehsalında əlavə azalmalar, iqtisadiyyat üzərindəki xarici şoklara əlavə dəlil təşkil edir” deyə bildirilir.
Coulton, “ABŞ-da istehlakçı xərcləri hələ də xeyli aşağıdır. Yenə də ABŞ-ın özəl sekorunda, iqtisadiyyatı daha dərin tənzimləmələrə itələyəcək bir ziddiyət görmürük”,- deyib.
Fitch qeyd edir ki, 2015-ci ilin sonlarından bəri zəifləyən dollar da, inkişaf edən bazarlar, borclular və pul vahidlərinə təzyiqin azalmasına yardım edib. Fitch yenə də, dolların 2016-da Fedin faiz artırması ehtimalı ilə birlikdə yüksələcəyi barədə xəbərdarlıq edir.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankı Fed-in bu il 2-3 dəfə faiz artıracağı gözlənilir. Faizlərin artırılmasına İyun və ya İyul ayından başlanılacağı gözlənilir.