Rusiyadan terror təşkilatlarına qoşulan vətəndaşların sayı açıqlanıb. 3 min nəfər Rusiya vətəndaşı xaricdə terrorçuluq fəaliyyəti ilə məşğul olur.
Bu barədə məlumatı Rusiyanın Terrorçuluğa Qarşı Milli Komitəsinin rəhbərinin birinci müavini Yevgeni İlyin verib. O deyib ki, vətəndaşlar əsasən Azərbaycan, Belarus, Ukrayna, Türkiyə və Misirdən keçməklə terror qruplaşmalarına qoşulurlar.
Vətəndaşların qeyri-qanuni silahlı birləşmələrə qoşulmalarının əsas səbəbi kimi onların təhsil ala bilməmələri və maliyyə çətinlikləri göstərilir.
Onlar ölkədən təhsil almaq, istirahət etmək və ya biznes qurmaq bəhanəsi ilə çıxırlar. Lakin daha sonra Suriya və İraq ərazisində fəaliyyət göstərən terror təşkilatının tərkibində döyüşürlər.
Terror təşkilatlarına Rusiyanın xüsusilə Şimali Qafqaz regionundan qoşulurlar.
Vətəndaşların qeyri-qanuni silahlı birləşmələrə qoşulmalarının əsas səbəbi kimi onların təhsil ala bilməmələri və maliyyə çətinlikləri göstərilir.
Onlar ölkədən təhsil almaq, istirahət etmək və ya biznes qurmaq bəhanəsi ilə çıxırlar. Lakin daha sonra Suriya və İraq ərazisində fəaliyyət göstərən terror təşkilatının tərkibində döyüşürlər.
Terror təşkilatlarına Rusiyanın xüsusilə Şimali Qafqaz regionundan qoşulurlar. (ANS PRESS)