İstanbuldan Kayseriyə uçmağa hazırlaşan «Türk Hava Yolları»na məxsus təyyarədə bomba həyəcanı yaşanıb.
Atatürk hava limanından havaya qalxmalı olan təyyarənin ayaqyolunda üzərində «bomba» sözü yazılmış kağız parçası tapılıb. Bundan sonra sərnişinlər təyyarədən endirilib və hava gəmisi yoxlanmaq üçün təhlükəsiz yerə aparılıb.
Yoxlama heç bir nəticə verməyib və xəbərdarlığın yanlış olduğu üzə çıxıb. (Virtualaz.org)