Rusiyada ABŞ dollarının məzənnəsi yenidən artmağa başlayıb.
Hazırda Mokva Banklararası Valyuta birjasında Amerika valyutası 66,6 rubla satılır. Dolların alış qiyməti isə 65,65 rubldur. Bu isə ötəngünki qiymətlə müqayisədə təxminən 2 rubl çoxdur. Dollarla yanaşı avro da bahalaşmaqdadır. Hazırda Rusiya avro 76,58 rubla satılır, 75,54 rubla isə alınır. (fins.az)