Cinsi zəiflik: miflər və həqiqətlər
Xəstəliklər və onların müalicəsi haqda miflər (doğru kimi görünən səhv fikirlər, yanlış inanclar) bütün dövrlərdə mövcud olmuşdur. Cinsi zəiflik mövzusu da həmişə cəlbedici, doğruya çox bənzəyən yanlış təsəvvürlər hədəfi olmuşdur. Xüsusən cinsi zəifliyin müalicəsi barədə tibb elmi ilə heç bir əlaqəsi olmayan kəslərin, bəzi ara “həkim”lərinin tövsiyələrinə, məsləhətlərinə qulaq asan, inanan sadə insanlar belə yalançı müalicələrdən yalnız ziyan görmüşlər. Belə yanlış fikirlərin və inancların – mifflərin bir neçəsini təqdim etməklə yanaşı, onların doğru cavabını da təqdim edirik.
https://www.youtube.com/watch?v=iUQ4NccgRsc
Mif №1. Cinsi zəiflik yaşla bağlı olan problemlərdən biridir və və yaşlı kişilər bu problemlə yaşamağı öyrənməlidir.
Həqiqət. Hazırki dövrdə cinsi zəiflik yaşlı kişilərdə daha çox rast gəlir – bu faktdır. Lakin bu o demək deyildir ki, yaşlı kişi bu vəziyyətlə barışmalıdır. Cavan kişilər cinsi zəiflik üz verdikdə tibb elminin nailiyyətlərindən bəhrələndiyi kimi, yaşlı kişilərin də müalicə imkanları az deyil! Yaşlı kişilərin bir çoxu hətta ən qoca yaşlarda cinsi fəallığı saxlamağı bacarırlar.
Mif №2. Cinsi zəiflik baş veribsə, bu həyatın zövqünə təsir edə bilər, lakin buna həyat üçün təhlükəli bir şey kimi baxmaq lazım deyil.
Həqiqət. Doğrudur ki, cinsi zəiflik özlüyündə həyat üçün təhllükəli deyil, lakin bəzən o hər hansı bir ciddi, təhlükəli bir xəstəliyin ilk simptomu ola bilər və nəzərdən qaçırılmamalıdır. Məsələn, cinsi zəiflik bir çox hallarda şəkərli diabetin ilk əlaməti kimi meydana çıxır. Bundan başqa, cinsi zəiflik ürək-damar xəstəliklərinin (məsələn, hipertoniya xəstəliyinin), Parkinson xəstəliyinin də ilk əlaməti ola bilər.
Mif №3. Kişilər hər vaxt cinsi əlaqə istərlər və buna həmişə hazırdırlar.
Həqiqət. Bu, olduqca səhv və zərərli bir fikirdir. Kişi də insandır, canlı mexanizm deyil. Belə bir fikir ona gətirib çıxarır ki, kişi istəməsə də cinsi əlaqəyə girməyə məcburdur. Bu yanlış inanc kişi üçün psixoloji bir yükə çevrilir.
Mif №4. Cinsi zəifliyi olan kişi ömrü boyu bundan ötrü həblər (tabletlər) qəbul etməlidir və başqa yol yoxdur.
Həqiqət. Cinsi zəifliyin istənilən yaşda müalicəsi mümkündür və xəstələr daim həblər qəbul etməyə məcbur deyil.
Mif №5. Əgər cinsi zəiflik varsa, həkimə müraciət etmək vacib deyil. Apteklərdə bundan ötrü kifayət qədər həblər, bitki mənşəli ziyansız dərmanlar var. Həm də aptek işçiləri özləri də həkimdir, lazımi məsləhətlər verir.
Həqiqət. Əvvəla aptek işçiləri “həkim” deyil, ən yaxşı halda “əczaçı” diplomuna malikdirlər və təcili yardım halları istisna olmaqla xəstəyə (pasientə) dərman yazmaq və ya tövsiyə etmək, və ya həkimin reseptdə yazdığı dərmanı dəyişmək hüququ yoxdur. (o da hamıya məlumdur ki, apteklərdə hazırda ali təhsilli əczaçılar da az rast gəlir, əksəriyyəti orta tibb təhsillidir). İkincisi və əsası, dərman kimi heç bir ölkədə qeydiyyatdan keçməyən “bu bitki mənşəli dərmanların” dəqiq tərkibi heç kimə məlum deyil və həmin bitki mənşəli “dərmanların” yoxlamalar zamanı tərkibinə zərərli kimyəvi dərmanlar qatıldığı hallar da az aşkarlanmayıb!!! Bunların tərkibi məlum olmadığı üçün ehtimal olunan yaxın və uzaq yan təsirləri, risk (təhlükə) dərəcələri də məlum deyil!
Mif №6. İdeal və sağlam seksual həyat odur ki, həftədə orta hesabla 3 dəfə cinsi əlaqə olsun!
Həqiqət. Cinsi əlaqənin həftəlik və ya aylıq, illik “planı” heç yanda mövcud deyil. O cümlədən tibb elmində də. Kim bilir ki, başqa kişi həftədə neçə dəfə cinsi əlaqəyə girir. Sən hamını unut, sənə və qadınına necə xoşdursa – doğru olan budur! Əsas səhv ondan ibarətdir ki, hər kəs mövcud olmayan birini xəyal edir və özünü onunla müqayisə edir!
Mif №7. Cinsi zəiflik yalnız psixoloji səbəblərdən əmələ gəlir və deməli psixoloji problemdir.
Həqiqət. Cinsi zəiflik həm psixoloji, həm də fiziki səbəblərdən –xəstəliklərdən əmələ gəlir. Doğrudur ki, psixoloji səbəblər üstünlük təşkil edir və daha çox rast gəlir. Lakin məlumdur ki, bir çox hallarda psixoloji səbəbdən əmələ gəldiyi qərar verilən cinsi zəifliyin arxasında şəkərli diabet, arterial hipertenziya, prostat adenoması, prostatit kimi digər xəstəliklər gizlənmiş olur.
Mif №8. Spirtli içki cinsi fəallığı artırır.
Həqiqət. Əslində spirtli içki cinsi fəallığı artırmır. Spirtli içkiyə aludəlik cinsi fəallığın düşmənidir. Lakin bir çox hallarda spirtli içki içdikdən sonra cinsi əlaqəyə həvəsin artması doğrudur. Lakin əksər hallarda bu “həvəs” kişıdə qanqaraçılıqla bitir – hamıda olmasa da, spirtli içki içəndən sonra cinsi əlaqəyə girən kişilərin bir çoxunda ya cinsi əlaqə baş tutmur, ya da nə kişini, nə qadını qane etmir. Qısa desək, “spirtli içki həvəsi artırır, imkamı isə azaldır!”.
Sözardı: Sözardı: Aydındır ki, cinsi zəiflik mövzusunda miflər bununla bitmir. İndiki zamanda, tibb elminin kifayət qədər inkişaf elədiyi bir zamanda elmi təbabətdən kənar dərmanların apteklərdə mövcudlugu təəssüf doğurur. Cinsi zəifliyin özbaşına, qeyri – elmi “müalicəsi” hər il minlərlə adamın həyatını məhv edir. Biz uroloji xəstəliklərin, o cümlədən androloji və seksopatoloji xəstəliklərin müalicəsində yalnız Amerika və Avropanın öncül klinikalarının təcrübəsini, uroloji elmi cəmiyyətlərinin, elmi tədqiqat institutlarının uzun illər ərzində klinik tədqiqatları ilə təsdiq olunmuş müalicə metodlarını və protokolları rəhbər tuturuq. Belə müalicə protokollarının hər birinin hazırlanmasında 100-lərlə praktik həkimlər, professor – doktorlar, tədqiqatçı alimlər iştirak edir. Bu zaman dünyanın ən tələbkar elmi – tibbi jurnallarının (The Journal of Urology -The Official Journal of the American Urological Association, British Medical Journal, Cleveland Clinic Journal of Medicine və s.) hesablaşdığı və dərc etdiyi tədqiqatlara üsünlük verir. Dünyanın yüksək inkişaf etmiş ölkələrində, habelə ABŞ-də, Avropada, o cümlədən Türkiyədə minlərlə xəstə bu metodlarla müalicə alır.
Doktor Süleyman Cəbrayılovun digər tibbi məqalələrini internetdə google vasitəsilə və ya həkimin şəxsi internet səhifələrində – bu linklərə vur maqlqla oxuya bilərsiniz :
http://realtibb.com/ və http://saglamprostat.com/
Müəllifin mövzu ilə bağlı digər videoları və məqalələri
https://www.youtube.com/watch?v=mJrozM3FWcg
http://www.youtube.com/watch?v=iUQ4NccgRsc
https://www.youtube.com/watch?v=RC8kOYx4P3w
https://www.youtube.com/watch?v=XLW_HjFYj-g
Kişilərin prostat problemi – Çıxış yolu
Prostat adenomasının ən yaxşı müalicəsi
Kişilərin cinsi zəiflik problemi – Çıxış yolu
Kişilərin sağlamliq meyarı – prostat vəzi haqqında 3 həqiqət
Prostat vəzinin dərmanla, dərmansız və cərrahi müalicəsi
Gecə enurezi (gecələr sidiyi saxlaya bilməmək) – Çıxış yolu
Prostat vəzinin və cinsi zəifliyin ən yaxşı müalicəsi
Prostat vəzi, adenoma, cinsi zeiflik: müalicə imkanları – yalanlar və həqiqətlər
Erken boşalmanın sebebleri
Prostat vəzi: miflər, həqiqətlər
Enurez (yuxuda sidik qaçırma) – miflər,həqiqətlər
Prostat vəzi: suallar və cavablar
Prostat vəzinin adenoması, iltihabı, daşları və cinsi zəiflik
Cinsi zəiflik və onun müalicəsi haqda bütün həqiqətlər.
Kişilərin prostat və PSA kabusu. Bütün həqiqətlər.
Prostat vezi: PSA mifi və həqiqəti.
Erkən boşalmanın ən yaxşı müalicesi
Prostat haqda hər bir kişi bunları bilməlidir
Cavan kişilərdə cinsi zəiflik problemi – çıxış yolu. (videolarla)
Kişilərin erkən boşalma problemi – çıxış yolu (VİDEOLARLA)
KİŞİLƏRİN PROSTAT VƏ CİNSİ ZƏİFLIK, QADIN VƏ UŞAQLARIN SİDİKQAÇIRMA PROBLEMLƏRİ (VİDEOLARLA)
Kişilərin geriyə boşalma problemi
Erkən boşalma haqda 10 sual və 10 cavab.
Prostat vəzinin adenoması: bildiklərimiz və bilmədiklərimiz. (videolarla)
“Real” tibb mərkəzinin ünvanı =Bakı, 8 km, B.Nuriyev, 55
(“Laçın” və “Xalqlar dostluğu” yarmarkası və “Siiyaqut” ş/ evinə yaxın)
Telefonlar (050) 501 60 70
(077) 601 60 70
(055) 51991 84
(050) 51991 84