Bu gün Müxalif SuriyaAzadlıq Ordusu Suriyanın istənilən rayonunda hücumlara reaksiya vermək üçün vahid hərbi blok yaratdığını bəyan edib.
Bəyanatı Azad Suriya Ordusunun tərkibindəki 37 bölük imzalayıb.
Sənəddə atəşkəs rejiminin praktiki olaraq aradan qalxdığı, hökumət qüvvələrinin xüsusən Hələbi intensiv bombaladığı qeyd edilib.
Qeyd edək ki, Suriyada atəşkəs rejimi fevralın 27-də qüvvəyə minib. AtəşkəsBMT Təhlükəsizlik Şurasının terror təşkilatı kimi tanıdığı İŞİD, “Əl-Nusra” və digər qruplaşmaların olduğu rayonlar əhatə etmir.
(apa)