Facebook sosial şəbəkəsinin rəhbəri Mark Zükerberq NASDAQ elektron birjasında iki saata 4,3 milyard dollar qazanıb.
Bu barədə “Forbes” məlumat yayıb.
Hazırda Zükerberq dünyada ən zəngin insanları reytinqində beşinci yerdədir. Onun sərvətinin dəyəri 51,8 milyard dollar təşkil edir. Rəhbəri olduğu şirkətin dəyəri isə 347 milyard dollardır.
Şirkətin keçən illə müqayisədə gəliri 1,5 milyard dollara qədər artıb, əldə edilən məbləğ 5,2 milyard dollardan ibarət olub.
azadlıq.info