Metronun “20 Yanvar” satnasiyasında sərnişinlər metropoliten işçiləri tərəfindən boşaldılıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiq edib. O bildirib ki, buna səbəb həmin istiqamətdə hərəkət edən qatarda baş verən nasazlıq olub: “”Dərnəgül”-“Həzi Aslanov” istiqamətində 28 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq olub. Bu səbəbdən də sərnişinlər “20 Yanvar” stansiyasında boşaldılıb, qatar depoya göndərilib. Qatarlardan biri qrafikdən çıxdığına görə interval artıb. Hazırda interval bərpa olunub. Heç bir problem yoxdur”. (modern.az)