İspaniyada dövlət qulluqçusu “azı 6 il ərzində” işə gəlmədiyinə görə 27,000 avro (30,000 dollar) məbləğində cərimə olunub.
Joaquin Garcia-nın iş yerində olmaması yalnız onun uzun müddət qulluğa görə mükafata təqdim edildiyi zaman aşkar edilib.
69 yaşlı qulluqçunun işi çirkab suların emal olunduğu müəssisənin binasına nəzarətçilik etməkdən ibarət olub.
O, özünə qarşı irəli sürülmüş ittihamları rədd edərək hədələrə məruz qaldığını bəyan edib.
Onun vəkili bildirib ki, media səhifələrində “linç mühakiməsinə” məruz qaldığından müdafiə etdiyi şəxs gizlənməyə məcbur olub.
Ölkənin cənub-şərqindəki Cadiz şəhərinin sakini olan Joaquin Garcia-nın illik məvacibi vergisiz €37,000 təşkil edib.
Məhkəmə Garcia üçün onun bir illik maaşına bərabər olan cəriməni ödəməli olduğu barədə qərar çıxarıb.
Joaquin Garcia məhkəmənin qərarından şikayət ərizəsini şəhər merinə göndərərək ondan qərara yenidən baxılmasını xahiş edib.
İspaniya qəzetləri ona “el funcionario fantasma” – “fantom qulluqçu” adı veriblər .
Joaquin Garcia-nın işlədiyi su şirkəti onun yerli rəsmilərin nəzarətində olduğunu, yerli rəsmilər isə bunun tam əksini düşünüblər.
Şəhər meri müavini Garcia-nın iş yerində olmadığını yalnız 20 illik qulluq müddətinə görə, şərəf nişanı təqdim etməyə hazırlaşarkən aşkar edib.
Garcianın özü isə bildirib ki, iş yerində görülməli elə bir iş də olmayıb.
Garcia-nı tanıyanlar İspaniyanın El Mundo qəzetinə deyiblər ki, o, “ailəsini dolandırmaq və yeni iş yeri tapa bilməyəcəyi dərdindən” işdə olmadığı vaxtları rəhbərliyə bildirməyib.
Tanışlarının sözlərinə görə, Garcia əslində işə gəlib, lakin bütün iş günü ərzində iş yerində olmayıb, boş vaxtlarını isə fəlsəfə mütaliəsinə həsr edib.
(bbc azəri)