Neftlə bağlı Londonda keçirilən International Petroleum Week adlı tədbirdə “Rosneft” prezidenti İqor Seçin neftin qiymətinin 10 dollara düşəcəyini deyib. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün neft istehsalçıları hasilatı aşağı salmalıdır. Neftin hasilatının azaldılması bazarda qeyri müəyyənliyi zəiflədərdi.
Seçin bildirib ki, 2016-cı ilin sonuna tələb və təklif arasındakı disbalans aşağı düşə bilər. 2017-ci ilin sonuna isə sutkada 0,5 mln barel defisit ola bilər.
azadlıq.info