Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan verilən məlumata görə, tənzimləyici tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda yalnız 1 bank 10 milyon dollar tələbi ilə iştirak edib və sifarişi tam həcmdə təmin olunub.
Mərkəzi Bankdan 10 milyon dollar alan bank “Azərbaycan Beynəlxalq Bankı” ASC-dir.