Sumqayıtda tikintidə bədbəxt hadisə baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 7-də qeydə alınıb.
Sumqayıt şəhər sakini Şahabbas Sadıqov fəhlə işlədiyi tikilməkdə olan binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.