Çinin valyuta ehtiyatları 2012-ci ildən bu yana ən aşağı səviyyəsinə enib. Bu vəziyyət, yuanın dollar qarşısında son beş ilin ən aşağı səviyyəsinə düşməsindən sonra Çin Mərkəzi Bankının (PBOC) dollar satdığına işarə edir.
Dünyanın ən böyük valyuta ehtiyatı, Yanvar ayında, PBOC-un bu gün verdiyi açıqlamaya görə, 99.5 milyard dollar düşərək 3.23 trilyon dollara enib. İqtisadçıların proqnozlarına görə, valyuta ehtiyatının 3.21 trilyon dollara düşməsi gözlənilirdi. Çinin valyuta ehtiyatları 2015-ci ildə yarım trilyon dolların üzərində “əriyib” və beləliklə, tarixində ilk dəfə illik müqayisədə azalma göstərib.
Mərkəzi Bank, yavaşlayan iqtisadi artım şəraitində, qiymətli kağızlardakı kəskin azalma və artan kapital çıxışlarına görə zəifləyən Yeni dayandırmaq üçün valyuta sataraq bazara müdaxilə edib. Ehtiyatlardakı azalma, mərkəzi bankın Avqust ayındakı Yuan sürpriz devalvasiyasından sonra sürətlənib və valyuta ehtiyatı sözügedən ayda 94 milyard dollar düşərək o dövrün rekordunu qırıb. Analitiklər sürətli azalmalar qarşısında Çin Mərkəzi Bankının təslim olaraq “üzən” məzənnə rejiminə keçəcəyini gözləyirlər.
(marja)