Rusiyanın maliyyə naziri deyib ki, neft qiymətləri 30 dollar səviyyəsində qalarsa hökumət Ehtiyat Fondunun vəsaitlərindən istifadə edə bilər.
“Biz əlbəttə ki, sehrbaz deyilik. Sözsüz ki, qiymət 30 dollar səviyyəsində qalarsa biz güman ki, ehtiyatlara əl atmalı olacağıq. Lakin biz qarşımıza bu kimi ehtimalları azaltmaq vəzifəsini qoyuruq”, – Anton Siluanov deyib.
Bundan əvvəl nazir qeyd edib ki, büdcənin optimallaşdırılması üzrə tədbirlər həyata keçirilməsə, Ehtiyat Fondunun vəsaitləri artıq cari ildə istifadə oluna bilər.
Gələn il büdcə kəsirinin ÜDM-in 3 faizinə bərabər olacağı nəzərdə tutulub. Bu, 2015-ci il səviyyəsini aşmır və Avrozonadakı normalar çərçivəsindədir.
2015-ci ildə Ehtiyat Fondunun həcmi 3,64 trln (47 mlrd dollar) rubladək azalıb.
Maliyyə Nazirliyi bu məbləğin 2016-cı ilin sonunadək iki dəfədən artıq ixtisara düşəcəyini gözləyir. (BBC azeri)