Yanvarın 17-də “Türk Hava Yolları” şirkətinin İstanbul-Bakı və əks istiqamətdə yerinə yetirilməli olan iki aviareysi təxirə salınıb.
Bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Reyslərinin təxirə salınmasına səbəb İstanbulda gözlənilən fırtına və külək olub. Qeyd edək ki, ilk təyyarə İstanbuldan yerli vaxtla saat 06:10-da, ikinci təyyarə isə 20:55-də Bakıdan uçmalı idi.
Kəskin hava şəraiti ilə əlaqədar olaraq İstanbulun Atatürk hava limanı yanvarın 16-17-na olan onlarla aviareysi təxirə salıb.
Onu da qeyd edək ki,son vaxlar bu cür hallar ez-tez müşahidə olunur. (Report)