Azərbaycanlı milyonçu Telman İsmayılov Rusiya Azərbaycanlıları Milli – Mədəni Muxtariyyatını (“Azerros”) Moskvada yerləşən ofisindən çıxarıb. Məlumata görə, Moskvanın Krasnaya Presnya küçəsi, 24 ünvanında, Telman İsmayılova məxsus biznes mərkəzində yerləşən “Azerros”a heç bir xəbərdarlıq edilməyib. Qurum bir neçə saat ərzində ofisindən çıxarılıb.
İsmayılovun adamları tez-tələsik qovulmanın səbəbləri barədə “Azerros” rəhbərliyinə heç bir izahat verməyiblər.
Məlumata görə, “Azerros” mərkəzdən bir qədər aralıda, Lenin prospekti, ev 15 ünvanında özünə kiçik qərargah tapıb.
(lent.az)