Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2016-cı ilin dövlət büdcəsi paketinə daxil olan sənədləri, o cümlədən Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklər gələn ilin əvvəlinlən qüvvəyə minəcək. İqtisadçı ekspert Qalib Toğrul Vergi Məcəlləsinə əsas dəyişiklikləri izah edir.
– Sadələşdirilmiş vergi dövriyyəsi artırldı. Gəlin ildən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 min manat və daha az olanlar sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər;
– Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər də əgər istəsələr, sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər;
– Sadələşdirilmiş verginin dərəcəi ticarət fəaliyyəti üzrə — 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə — 8 faizə qaldırıldı;
– Nəğd pul əməliyyatlarılnın aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyaları yalnız ictimai iaşə və ticarətlə məşğul olanlar üçün aşağıdakı şəkildə artırıldı:
– Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 2000 manat, ikinci dəfə yol verildikdə 4000 manat, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Digrələri üçün köhnə sanksiya məbləği, müvafiq olaraq 400 manat, 800 manat və 1200 manat qaydası saxlanıldı;
– Bələdiyyələr üçün mədən vergisinin (hər kubmetr üçün) dərəcəsi 50 qəəpikdən 1 manata qaldırıldı;
– Bina tikintisində vergitutma obyektinin hər kvadratmetri üçün müəyyən edilmiş 10 manat 45 manata qaldırıldı. Əmsallar Vergi Məcəlləsinə salınmaqla Nazirlər Kabinetinin müvafiq qaydasına ehtiyac qalmadı. Əmsallar belə olacaq: 1-ci zona – 4, 2-ci zona – 3, 3və 4-cü zonalar -2.2, 5 və 6-cı zonalar – 1.8, 7,8 və 9-cu zonalar 1.5, 10,11,12-ci zonalar – 1.2.
– Vergi Məcəlləsində ilk dəfə ticarət və ictimai iaşə faəliyyəti anlayışlarının açılışı verildi: ticarət fəaliyyəti – istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti, ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti;
– Vergi orqanlarının hüquqları genişləndirildi. 23-cü maddəyə aşağıdakı istiqamətlər üzrə əlavələr edildi:
1. Vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;
2. Aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək;
– Operativ vergi nəzarətinin əhatə dairəsinə aşağıdakı nəzarət tədbiri də əlavə olundu: aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi.
– Artıq nəzarət-kassa aparatlarının çeklərində “ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği” də əks olunmalıdır;
– Muzdlu işə aid olmayan fəaliyyətə daxil edilən qeyri-sahibkarlıq gəlirlərinin siyahısna idman mərc oyunlarından əldə edilən uduşlar da daxil edildi.
– Bundan sonra daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər və idman mərc oyunlarından əldə edilən uduşlar da ümumi gəlirdən çıxılacaq;
– Artıq dman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulacaq;
– Gəlir vergisindən azadolmalarla bağlı dəyişiklik olacaq. Artıq Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda (əvvəllər 250 manat idi), ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30000 manatadək (əvvəllər 3000 manat idi) olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunacaq.
Burada bir dəyişiklik də ondan ibarətdir ki, əgər əvvəllər əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun məbləği qədər güzəşt olunurdusa, artıq güzəşt məbləği kimi ölkə üzrə yaşayış minimumunun məbləği əsas götürüləcək. Bu nə deməkdir? Əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun məbləği ölkə üzrə yaşayış minimumunun məbləğindən yüksək olur. Məsələn, gələn ildən əmək qabiliyyətli əhali üçün bu məbləğ 146 manat, ölkə üzrə isə 136 manat olacaq. Göründüyü kimi ikinci məbləğ birincidən 10 manat azdır.