Qazaxıstan 30 noyabr tarixindən Dünya Ticarət Təşkilatının (DTT) tamhüquqlu üzvünə çevrilib.
Bununla bağlı ölkənin prezidenti Nursultan Nazarbayev televiziya ilə çıxışı zamanı bildirib.
“Bu gün, 30 noyabr tarixində, Qazaxıstan de-yure DTT-in üzvünə çevrilib. Bununla bağlı DTT-in Baş Assambleyasında rəsmən elan ediləcək,” Nazarbayev bildirib.
“Bu, müstəqil Qazaxıstanın tarixində mühüm mərhələdir,” o əlavə edib.
Qazaxıstanın təşkilata daxil olması ilə bağlı protokol iyul ayında respublikanın parlamentində imzalanmışdı.
Sentyabr ayında isə sənəd ölkə parlamentində ratifikasiya edilib və prezident tərəfindən imzalanıb.
Qazaxıstan təşkilatın 162-ci üzvü olub.
Qazaxıstanın DTT-na üzvlüyü Avrasiya İqtisadi İttifaqı üçün problemlər yaradır, Belorus prezidenti Aleksandr Lukaşenko bildirib.
Qazaxıstanın təşkilata üzvlüyü ilə bağlı danışıqlar təxminən 20 il çəkib.
Rusiya isə, 18 ildən sonra, 2012-ci ildə DTT-in üzvü olub.