Noyabrın 26-da Nardarandakı polis əməliyyatı zamanı öldürülən sakinlərin meyitləri hələ də ailələrinə verilməyib. Bu barədə “Azadlıq” qəzeti Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovdan məlumat alıb.
N.Kərimovun bildirdiyinə görə, dünən ağsaqqalların verdiyi qərara əsasən sakinlər meydandan çadırları yığışdırıb, lakin onların gözləntilərinə qarşılıq verilməyib. Hazırda sakinlər küçələrdə toplaşıb meyitlərin qaytarılmasını gözləyirlər.
Qəsəbəyə işığın verilməsi də bərpa olunmayıb.