Xəstəxanada dializ alan xalq şairi artıq ev şəraitində dializ olunur.
Xatırladaq ki, xalq şairinin səhhəti hələ sentyabrdan pisləşib. Bir neçə gün Mərkəzi Klinik Xəstəxanasında müalicə olunan xalq şairi sonradan Almaniyaya gedib. Bu, müayinə məqsədilə olsa da, o, 1 aydan artıq həmin ölkədə qalıb. Həkimlərin qərarı ilə həmin ölkədə bir aya yaxın müalicə alan şair Bakıya qayıdandan sonra səhhəti daha da pisləşib. (faktxeber.com)