Aksiya 3 dindarın sərbəst buraxılmasından sonra başa çatıb
Lənkərandan verilən məlumata görə, Seyid Elman və qardaşının həbsindən sonra daha 3 nəfər dindar saxlanılıb. Seyid Elmanın Bakıya gətirildiyi bildirilir. Qardaşının məhkəməsi isə sabah olacaq.
Digər üç dindar isə bu gün aksiyaçıların tələbindən sonra sərbəst buraxılıb.
Bundan sonra aksiya iştirakçıları evlərinə dağılışıblar. (Arqument.Az)
***
100-dək dindar bu gün Lənkəran Rayon-Şəhər Polis İdarəsinin qarşısına toplaşıb.
Dindarlar həbs edilən tərəfdarlarının azad olunmasını tələb edir. Onlar bu yaxınlarda həbs olunan dindar Seyid Elmanın azad olunması tələbini irəli sürüb. (Virtualaz.org)