Xalq artisti Yalçın Rzazadənin səhhəti pisləşib. Bu barədə lent.az-a xalq artistinin özü məlumat verib. O bildirib ki, qəflətən ürəyində ağrılar hiss edib: “Ürəyimdə narahatlıq hiss elədim, həkim çağırdım, müayinə elədilər, sistem qoşdular. Hələ yenə gələcəklər. Bu gün çəkilişim var idi, səhhətimə görə gedə bilmədim”.
Qeyd edək ki, Y.Rzazadənin vəziyyəti bir müddət öncə də pisləşmişdi. Yeri gəlmişkən, xalq artisti səhhəti barədə onda bu sözləri demişdi: “Türkiyədə müalicə olunmaq çox yaxşı effekt verir, amma Türkiyəyə getmək üçün hazırlıqlı olmalısan. Mənim də elə bir hazırlığım yoxdur. Odur ki, taleyimlə barışmalıyam”.