ABŞ Suriyada hərbi əməliyyatların keçirilməsi məsələsində Rusiya ilə əməkdaşlıq etməyə ehtiyatlanır. The İndependent nəşrinin yazdığına görə, amerikalı məmurlar Rusiya aviasiyasının çox pis fəaliyyət göstərdiyini və 403 dinc sakini öldürdüyünü deyir. Onlar hesab edir ki, ABŞ Rusiya ilə ittifaqa girsə, Vaşinqton dins sakinlərin öldürülməsində ittiham edilə bilər.
Reuters isə qeyd edir ki, Vaşinqtonun Moskva ilə əməkdaşlıq etmək istəməməsinin əsas səbəbi də məhz dinc sakinlərin Rusiya aviasiyasının bombardıma nəticəsində öldürülməsidir.
azadlıq.info