Ərəb ölkələrində sosial şəbəkə istifadəçiləri Türkiyənin Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasını alqışlayıb.
Bu ölkələrdən olan Tvitter istifadəçiləri dinc suriyalıları öldürən Rusiya ilə mübarizədə Türkiyə prezidenti Ərdoğanı dəstəklədiklərini yazırlar.
Sosial şəbəkələrdən Putinin gözüyaşlı, Ərdoğanı isə qırıcı təyyarənin kabinəsində təsvir edirlər.
331 min izləyicisi olan @obomobark__ adlı kuveytli fəal Ərdoğanı və kral Salmanı görəndə müsəlman olması ilə fəxr etdiyini yazıb.
Səudiyyədən olan @heekmmm (27,4 min izləyici) Rusiya işğalçılarına və İrana qarşı regional alyansın yaradılmasından və bu alyansın Suriya xalqını azad edəcəyindən yazır.
Qətərin Al-Sahrq qəzetinin baş redaktoru (@jaberalharmi – (61,4 min izləyici) Putinin karikaturasını yayıb. Şəkildə Putin qırıcı pilotu kimi təsvir edilib, Türkiyə raketi isə onun burnunu sındırır.
Taxa əl-Turki adlı fəal isə (þ@tahagnc – 132 min izləyici) Putin üçün oyunun bitdiyini yazır.
azadlıq.info