Yeni Avtovagzal ilə üzbəüz 10 sotun icində tikilmiş restoran satılır.
“Marja” yerli elan saytlarında birində verilmiş elana istinadən xəbər verir ki, restoran xususi zövq və dizaynla təmir olunub. Umumi sahəsi 700 kv/m olan restoranın 3 böyük zalı, 3 kabineti, həyətdə 4 kabineti və acıq verandası var.
Restoran 1,2 milyon manata satılır.
Məlumata görə, restoran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova məxsusdur.