Rusiya prezidenti Vladimir Putin Suriya-Türkiyə sərhədində bombardımançı təyyarələrinin vurulması ilə bağlı yeni açıqlamalar verib. Bildirib ki, Rusiya bu hadisəyə cox ciddi yanaşacaq və təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görəcək.
“Suriyadakı əməliyyatlarımızda uçuş təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlərin yetərli olmadığını gördük. Məsələni müdafiə naziri ilə sabaha qədər müzakirə etdik. Suriyadakı hərbi bazamıza S-300 zenit-müdafiə kompleksi yerləşdiriləcək. Bu və görəcəyimiz başqa tədbirlər, ümidvaram, uçuş güvənliyimizi təmin etməyə yetərli olacaq”.
Putin deyib ki, oxşar hadisələrin baş vermə ehtimalını göz ardı edə bilməzlər. “Oxşar hadisə təkrarlansa, mütləq cavab verəcəyik. Türkiyədə olan vətəndaşlarımız da təbii ki, böyük risklə qarşılaşa bilərlər. Rusiya Xarici İşlər Nazirliyi bu mövzuda xəbərdarlıq etmək məcburiyyətindədir”, – deyə o bildirib.
Putinin fikrincə, xarici işlər naziri Sergey Lavrovun Rusiya vətəndaşlarına etdiyi səyahət xəbərdarlığı yerindədir. Bu xüsusda suala Putin belə cavab verib: “Təyyarəmizin vurulması və pilotumuzun ölməsi kimi faciəvi bir hadisənin qarşısında nə edə bilərdi ki? Rusların Türkiyəyə səyahət xüsusunda xəbərdar edilməsi gərəkli tədbirdir və Rusiya Xarici İşlər Nazirliyi xalqımızı təhlükələrlə bağlı xəbərdar etməklə doğru addım atıb”.
azadliq.info