Türiyə prezidenti Ərdoğan İstanbulada qatıldığı bir tədbirdə dünyanın əsas gündəmi olan Rusiya ilə ölkəsi arasında yaşanan gərginlikdən danışıb. Ərdoğan indiyə kimi belə hadisələrin baş verməməsini, Türkiyənin səbrli və xoşniyyətli olması ilə əlaqələndirib:
“Dünənə qədər belə bir hadisənin baş verməməsinin səbəbi, Türkiyənin səbrli olması və xoş niyyətidir. Türkiyə gərginliyin, böhranın və düşmənçiliyin deyil, sülhün, dialoqun və diplomatiyanın yanında yer almışdır. Heç kimsə bizdən sərhəd təhlükəsizliyimizi davamlı pozulmasına, suverenlik haqlarımızın heç sayılmasına səssiz və reaksiyasız qalmamızı gözləməməlidir. Gərginliyi artırmaq kimi istəyimiz qətiliklə yoxdur. Yalnız öz təhlükəsizliyimizi və qardaşlarımızın hüququnu müdafiə edirik”.
azadliq.info