Rusiya prezientinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Suriyada vurulan rus təyyarəsi ilə bağlı suallara cavab verərkən tələsik nəticə çıxarmamağa çağırıb. Onun sözlərinə görə, qəzanın səbəbi aydınlaşmayana qədər bu hadisənin Moskva ilə Ankaranın münasibətlərinə necə təsir edəcəyini indidən demək tezdir.
Hələlik dəqiq məlumata malik olmadıqlarını deyən Peskov Putinin təhlükəsizlik şurasının toplantısının keçirəcəyi ilə bağlı məlumatı da təkzib edib.