Suriya sərhədində vurulan Rusiya bombardımançısının pilotlarından birinin fotosu yayılıb. Türkiyə saytlarının xəbərinə görə, yerli mənbələr fotonu belə bir açıqlama ilə yayıblar: “Bayırbucaq bölgəsində Qızıldağ cəbhəsində Türkiyə qırıcılarının vurduğu Rusiya hərbi təyyarəsinin pilotu türkmən mücahidlər tərəfindən ölü tapıldı”.