Keçmiş diktator aman dilədi, amma onu tapdaladılar (FOTO və VİDEOLAR; 18 yaşdan yuxarı)
Bəzi mənbələr Qəzzafinin boğularaq, bəziləri isə güllələnərək öldürüldüyünü bildirir
Liviyanın devrilmiş diktatoru Müəmmər Qəzzafinin ölüm xəbərindən sonra onun hansı şəraitdə öldürülməsi dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib. Versiyalar arasında ən maraqlısı onun boğularaq qətlə yetirilməsidir. Məlumata görə, Qəzzafi üsyançıların Sirt şəhərinə hücumu zamanı hər iki ayağından və başından yaralansa da qaçmağa çalşırmış.
O, hətta sürünərək Sirt şəhərinin qərbində yerləşən kanalizasiya borularınadək gəlib çıxıb və orada gizlənib. Qəzzafi gizləndiyi yerdən çıxarıldıqdan sonra üsyünçılar onu necə öldürəcəkləri ilə bağlı mübahisə ediblər. Bəziləri onu işgəncə ilə öldürməyin tərəfdarı olsalar da, digərləri Qəzzafinin sağ saxlanılamasını istəyiblər. Sosial şəbəkələrdə diktatorun son anlarının videgörüntüsü də yayımlanıb.
Müəmmar Qəzzafi sağ ələ keçib
Qəzzafinin əyləşdiyi maşını Fransa və ABŞ qırıcıları vurub
Bir çox rəsmi mənbələrdən alınan məlumatlara görə, ilk olarak oktyabrın 20-də erkən saatlarda Sirt şəhərinin üsyançıların əlinə keçməsiylə şəhərin qərb hissəsindən qaçmağa çalışan 100 maşınlıq kortejə Fransaya məxsus qırıcılar və bir ABŞ istehsalı olan “Predator” tipli pilotsuz təyyarə zərbələr endirib. ABŞ-ın CBS News kanalının müxbiri David Martin Qəzzafinin olduğu kortejin hissəslərə ayrılaraq zərbələrdən yayınmağa çalışdığını, ancaq ən az 15 maşının zərər gördüyünü bildirib. Qəzzafi özü isə zərbə alan, lakin partlamayan maşınlardan birində olub.
Müəmmar Qəzzafi öldürüləndən sonra
“Nə edirsiniz? Mən sizin liderinizəm”
Rəsmi açıqlamaya görə, Qəzzafi zərər görmüş maşından düşərək yaxınlıqdakı kanalizasiya borusunda gizlənib. Üsyançılar onu kanalizasiya borusundan çıxarıb. Qəzzafi heç bir müqavimət göstərməyib. O, əleyhdarlarına “Nə edirsiniz? Mən sizin liderinizəm” – deyə müraciət etsə də üsyançılar diktatora məhəl qoymayıblar. Muharisərəyə alınan diktator sağ qolundan vurulub. Onun kim tərəfindən vurulduğu da qeyri-müəyyəndir.
Milli Keçid Şurasının rəhbəri Mahmud Cibri xarici media nümayəndələrinə deyib ki, Qəzzafi ələ keçirilərkən parikdə və əlində silah olub. Lakin o, müqavimət göstərməyib.
Qəzzafi vurulandan sonra maşına mindirilib və bu zaman üsyançılarla onun tərəfdarları arasında silahlı insident yaşanıb. Güllələrdən biri də Qəzzafiyə dəyib. Başından güllə yarası alan devrilmiş diktator elə orada ölüb. Qəzzafini ilk tapan insanlardan biri olduğu deyilən Ümran Şaban adlı döyüşçü isə diktatorun kanalizasiya borusundan çıxaırldığı zaman başından və sinəsindən vurulmuş olduğunu və qan itirdiyini söyləyib.
Diktatorun harada və nə vaxt dəfn olunacağı dəqiq deyil
Milli Keçid Şurasının maliyyə naziri Əli Tarhuni öldürülən diktatorun cənazəsinin dəfn hazırlığı bitənə qədər morqda saxlanılacağını bildirib. Tarhuni Qəzzafinin dəfni üçün dəqiq yer seçilmədiyini söyləyib.
42 illik səltənət 11 aya yerlə-yeksan oldu
Müəmmar Qəzzafinin oğlu Mütəəsim ağır güllə yaraları ilə ölüb
1969-cu ildə hakimiyyətə gələn Müəmmər Qəzafinin qurduğu 42 illik rejim 11 aya çökdü. Hadisələrin xronologiyası isə belədir:
15-16 fevral: Hüquq müdafiəçisi Fəthi Tarbelin həbs olunması ölkənin ikinci ən böyük şəhəri Benqazidə etirazların başlamasına səbəb oldu.
24 fevral: Rejim əleyhdarları Qəzzafinin əmrindəki əsgərləri məğlub etdi və liman şəhəri Misratanın nəzarətini ələ keçirdi.
26 fevral: BMT Təhlükəsizlik Şurası Liviya diktatoruna və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq olunacağını açıqladı.
28 fevral: Avropa Birliyinə üzv ölkələr Qəzzafiyə qarşı sanksiyalara qərar verdi.
5 mart: Qəzzafi əleyhdarlarının Benqazidə qurduğu Milli Keçid Şurası özünü Liviyanın legitim hakimiyyəti élan etdi.
17 mart: BMT TŞ-da keçirilən səsvermə nəticəsində Liviya hava məkanının uçuşa qadağan zona elan edilməsi və vətəndaşların Qəzzafi rejimindən qorunması məqsədiylə bu ölkədə hava əməliyyatlarının keçirlməsi haqda qərar qəbul olundu.
19 mart: Qəzzafiyə sadiq əsgərlərin və hərbi obeyktlərin NATO qırıcıları tərəfindən bombalanmasından sonra rejim silahlılarının Benqaziyə doğru hücumu dayandırıldı. Liviyanın hava hücumundan müdafiə sistemi hədəf alındı.
30 aprel: NATO-nun Trirpolidəki binanı bombalaması nəticəsində Qəzzafinin ən kiçik oğlu və üç nəvəsi həlak oldu.
27 iyun: Beynəlxalq Cəza Məhkəməsi Qəzzafi, onun oğlu Seyfülislam və rejimin kəşfiyyat şefi Abdulla əl Sənussinin insanlığa qarşı cinayət işlətməsi səbəbiylə həbsinə order verdi.
21 avqust: Müxalif qüvvələr diktatorun son qalası adlandırılan paytaxt Tripoliyə girdi.
23 avqust: Rejim əleyhdarları Qəzafinin Trirpolidəki iqamətgahını ələ keçirdi. 42 illik diktatura devrildi. Qəzzafi rejiminin bütün simvolları ləğv edildi.
29 avqust: Qəzzafinin arvadı, qızı Aişə və oğlanlarından ikisi Əlcəzairə sığındı. Aişə Qəzzafi sərhədi keçdikdən bir neçə saat sonra övlad dünyaya gətirdi.
11 sentyabr: Liviya ölkədəki vətəndaş müharibəsi başlayandan sonra ilk dəfə neft istehsalına başladı. Niger rəsmi dairələri Qəzzafinin oğlu Sədinin bu ölkəyə sığındığını açıqladı.
21 sentyabr: Müxaliflər Qəzzafiyə bağlı qüvvələrin müqavimət göstərdiyi üçüncü böyük şəhər Sabhanın nəzarətini ələ keçirdi. Sirt və Ben Valid uğrunda döyüşlər şiddətləndi.
12 oktyabr: Qəzzafinin oğlu Mütəəsim Sirt şəhərindən qaçmağa çalışarkən tutuldu.
13 oktyabr: Müvəqqəti hökumətin əsgərləri diktatorun doğma şəhəri Sirtin böyük hissəsinə nəzarəti ələ aldı.
17 oktyabr: Qəzzafinin son qalalarından biri olan Bəni Validin də üsyançıların nəzarətinə keçdiyi élan edildi.
17 oktyabr: Suriyada fəaliyyət göstərən bir televiziya Qəzzafinin oğlu Hamisin avqustun 29-da yaşanan qarşıdurmalar zamanı öldüyünü təsdiqlədi.
18 oktyabr: ABŞ dövlət katibi Hillari Klinton gözlənilmədən Liviyaya səfər etdi və Qəzzafiyə qarşı vuruşan qüvvələri birliyə çağırdı. O, devrilmiş diktatorun diri, ya da ölü ələ keçiriləcəyini söylədi.
20 oktyabr: Milli Keçid Şurasının əsgərləri Qəzzafinin doğma kəndi və nəzarətindəki son mövqe olan Sirti 2 aylıq mühasirədən sonra ələ keçirdi.
Tural
HƏMÇİNİN BAX:
Qəzzafi öldürüldü! Liviya xalqı diktatorun cəsədini küçələrdə sürüdü (VİDEO/FOTOLAR)