Şimali Kipr Türk Cumhuriyyəti Türk Lirəsındən Avropa Birliyi valyutası Avroya keçid üçün texniki işləri həll etməyə başlayıb.
Avropa Birliyi mütəxəssisləri Şimali Kiprə gələrək rəsmilərlə birlikdə işləməyə başlayacaq. Avroya keçidlə eyni vaxtda Avropa ilə gömrük birliyi prosesi də davam edəcək. Bu çərçivədə ŞKTC gömrük qanunvericiliyinin Avropa Birliyi ilə müvafiq vəziyyətə gətirilməsi də planlaşdırılıb.
Şimali Kipr prezidenti Mustafa Akıncı liderlər zirvəsində iqtisadi uyğunlaşmanı icra etmək üçün texniki komitə qurulmağını qərarlaşdıqlarını bildirib. Prezident həmçinin deyib ki, razılaşma referendumla təsdiqləndikdən sonra Şimali Kiprin bir illik Avroya keçid prosesi başlayacaq və bu müddətdə Türk Lirəsi də qüvvədə qalacaq. Bu proses tamamlandıqdan sonra səhiyyə, ekologiya və digər məsələlərdə də Avropa Birliyi ilə uyğunlaşma gündəmə gələcək.
azadliq.info