AVRO-2016-nın seçmə qrup mərhələsinə yekun vurulub. Son gündə 3 qrupda 9 qarşılaşma baş tutub.
H qrupunda Azərbaycan yığması Bolqarıstanın qonağı olub. Millimiz Bakıda olduğu kimi səfərdə də uduzub – 0:2.
A qrupunda isə qardaş Türkiyə yığması Konyada qəbul etdiyi İslandiyanı məğlub edib – 1:0. Yeganə qolu 88-ci dəqiqədə Səlcuq İnan cərimə zərbəsindən vurub. Eyni vaxtda oynanılan Qazaxıstan-Latviya matçında birincinin qalib gəlməsi ilə də bu vacib qol Türkiyə yığmasının Avropa Çempionatına birbaşa yollanmasını təmin edib.