ABŞ-ın «Visa» şirkəti son korrupsiya qalmaqalı ilə bağlı FİFA-nın sponsorluğundan imtina edə bilər. Şirkət bəyan edib ki, FİFA bu qalmaqalla bağlı lazımi tədbirlər görməsə, tərəflər arasında bağlanmış sponsorluq müqaviləsinə yenidən baxılacaq: «Sponsor kimi, biz FİFA-dan təcili tədbirlər gözləyirik. FİFA azarkeşlərinin gözündə nüfuzunu bərpa etməlidir».
Xatırladaq ki, mayın 27-də İsveçrədə Federasiyanın 7 yüksək vəzifəli məmuru həbs edilib. Onlar korrupsiyada ittiham olunurlar.
Gültəkin