Braziliya polisi Rio de Janeyroda FİFA-nın korrupsiya qalmaqalı ilə əlaqəsi olduğu ehtimal edilən marketinq şirkətində axtarış aparıb. «Klefer Sports Marketing» adlı bu şirkət sərfəli müqavilələr əldə etmək üçün FİFA rəsmilərinə rüşvət verən qurumlarla əlaqədə ittiham edilir. Şirkətin nümayəndəsi ittihamı rədd edərək «Klefer Sports Marketing»in istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Təhqiqat davam edir.
Gültəkin