Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə üç ölkənin hərbi gücü qarşısında durmalı olacaq.
Litvanın müdafiə naziri Juozas Olekas aprelin 24-də Varşavada üçtərəfli müştərək hərbi briqadanın yaradılması ideyasını müzakirə edib. Söhbət Litva, Polşa və Ukraynanın LITPOLUKRBRIG adlanacaq birgə hərbi qüvvəsindən gedir.
Bu barədə “Lietuvos zinios” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Ukraynanın əvvəlki hökumətinin mövqeyi və Litva ilə Polşa arasındakı soyuqluq səbəbindən son illərdə havadan asılı qalan LITPOLUKRBRIG layihəsi artıq reallığa çevrilə bilər.
Litvalı nazir deyib ki, həm onlar, həm də Polşa bu ideyaya üzərində ciddi köklənib. Ukraynanın müdafiə naziri Tenyux da bu ideyanı müdafiə edir.
Olekas aydınlıq gətirib ki, birgə briqada hər şeydən əvvəl sənədlərin hazırlanması və planlama ilə məşğul olacaq. Bundan başqa üç ölkənin hərbçiləri birgə hərbi təlim və missiyalarda iştirak edəcəklər. LITPOLUKRBRIG-ın baş qərargahının Polşada, Lublində yerləşməsi nəzərdə tutulur.
azadliq.info