Boris Nemtsov: “Putin yeni soyuq müharibəyə başladı, amma onu uda bilməyəcək”
Putin soyuq müharibəni yenidən başladı. Amma onu indiki Rusiyanın udmaq şansı yoxdur. Bu fikirlərlə Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov çıxış edib.
“Putinin düşünülməmiş aqressiv siyasəti Qərb və Ukrayna ilə soyuq müharibəyə səbəb oldu. Ukraynanın materik hissəində hərbi əməliyyatlara başlamaqla Rusiya tam beynəlxalq təcridlə üzləşib. Bu, daha çox NATO-ya tərəf baxan Ukrayna xalqını bir az da kənara itələdi. Belə voyuəziyyətdə NATO tankları hardasa, Xarkov yaxınlığında düşərgə sala, hətta Belarusa da girə bilər”, – deyə o, “Gordonua.com” saytına vəziyyəti şərh edib.
Nemtsov əmindir ki, bu savaşı udmaq Putinə müəssər olmayacaq, çünki qarşı duran tərəflərin qüvvələr nisbəti həddən artıq qeyri-bərabərdir. “Əvvəlki soyuq müharibədən fərqli olaraq, indi iqtisadi paritet yoxdur. Rusiya iqtisadiyyatı qərb ölkələrinin və Çinin iqtisadiyyatından dəfələrlə zəifdir. Pul hətta Yaroslav vilayətində onkoloji xəstə uşaqların müalicəsinə də çatmır. Buna görə də Putinin avantürist siyasəti onun rejiminin məhvinə səbəb olacaq”, – deyə Nemtosv bildirib.
Müxalifət lideri Ukrayna hökumətinin Donetskdə anti-terror əməliyyatına başlamasını Putinin cinayət adlandırmasına da ironik cavab verib. O, Putinin bu şərhinə özünün facebook səhifəsində münasibət bildirib: “Bəs o, (Putin – red.) 1999-cu ildə separatizmi boğmaq üçün Çeçenistan və Dağıstana ordu yeridəndə, bu, necə adlanırdı? Cinayət, yoxsa anti-terror əməliyyatı?”.
azadliq.info