Iqtidar Mirməhəmməd Seyidovun azadlığa buraxılması üçün ciddi səy göstərir
Türkiyədə “böyük rüşvət” əməliyyatı zamanı saxalanılan Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun istintaqı uzandıqca Azərbaycan hakimiyyətində narahatlığı artır. Hakimiyyətdəki mənbənin verdiyi məlumata görə, hakimiyyət Mirməhəmməd Seyidovun istintaqında ilginc faktların üzə çıxacağından ehtiyat edir.
Mənbə bildirib ki, bu baxımdan Seyidovun azadlığa çıxması istiqamətində səylər davam etdirir. Məlumata görə, bu iş əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Muxtar Respublikanın prokuror müavini Məhərrəm Talıbova tapşırılıb. Mənbə deyib ki, Məhərrəm Talıbov Türkiyədəki bütün əlaqələrini işə salaraq Mirməhəmməd Seyidovun azadlığa buraxılması, ən pis halda istintaqın tezliklə, Azərbaycan hakimiyyətinə heç bir ziyanı olmadan yekunlaşmasını reallaşdırmağa çalışır.