Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Gürcüstanda valyuta dəyişmə məntəqəsini soymaq fikrinə düşən Azərbaycan vətəndaşı həbs edilib.
Təhqiqatçılar müəyyənləşdirib ki, günahlandırılan şəxs Gürcüstana Azərbaycandan gəlib. O, Rustavidə hotellərdən birində qalıb və Batumidə yerləşən valyuta dəyişmə məntəqələrindən birini soymağı planlaşdırıb.
Tutulan şəxsin üstünü axtarış zamanı hüquq mühafizə orqanının əməkdaşları EKOL markalı tapançını əşyayi dəlil kimi müsadirə edib.
“Soyğuna hazırlıq” maddəsi ilə cinayət işi başladılıb. Bu maddə 5 ildən 7 ilə azadlıqdan məhrumetməni nəzərdə tutur.