Fransa baş naziri Manuel Valls ölkənin islamla yeni bir əlaqə qurmasının lazım olduğunu söyləyib. Baş nazir bildirib ki, müvəqqəti olaraq məscidlərə xarici maliyyə yardımı dayandırıla bilər. Le Monde qəzetinin suallarını cavablandıran Valls ayrıca bildirib ki, Fransız ruhanilər ölkədən kənarda deyil, Fransada təhsil almalıdır.